Modern.az

İntihar edən qızı fotoları ilə şantaj edən şəxs TUTULDU

İntihar edən qızı fotoları ilə şantaj edən şəxs TUTULDU

Hadisə

18 May 2022, 15:35

Mayın 8-i saat 22 radələində Şəki rayon sakini A.B-nin (şərti) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq  intihar etməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

Şəki rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.M (şərti) A.B-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.


Mayın 17-də S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!