ABŞ-ın Kiyevdəki səfirliyi üç aylıq fasilədən sonra yenidən fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Səfirlikdə konsulluq xidmətləri göstərilməyəcək və Dövlət Departamentinin səyahətin qadağan edilməsi ilə bağlı tövsiyələri bütün Ukrayna ərazisində qüvvədə qalır.
Amerika səfirliyi fevralın 14-də bağlanıb, diplomatik korpusun əməkdaşları Polşaya köçürülüb. Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Quinn mayın 2-də Lvova qayıdıb.
Akif İsmayılov