Rusiya Xarici İşlər Nazirliyi rusiyalı diplomatların Portuqaliyadan çıxarılmasına cavab olaraq 5 portuqaliyalı diplomatı ölkədən çıxarır.
Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Cavab olaraq, Portuqaliyanın Rusiyadakı səfirliyinin beş əməkdaşı “persona non-qrata” elan edilib. Onlar müvafiq notanın səfirə çatdırıldığı tarixdən 14 gün ərzində ölkə ərazisini tərk etməlidirlər”, - deyə XİN-in məlumatda bildirilib.