Modern.az

Yanukoviçin həbsinə QƏRAR VERİLDİ

Yanukoviçin həbsinə QƏRAR VERİLDİ

Dünya

19 May 2022, 17:38

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç barəsində qiyabi həbs qərarı verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Kiyevin Peçerski Rayon Məhkəməsi sabiq prezidenti 2014-cü ilin fevralında bir qrup şəxslə birlikdə sərhədi qanunsuz keçməkdə ittiham edib və onun barəsində həbs qərarı çıxarıb.

 

Rəsmi ittihamda Yanukoviçin adı çəkilməsə də, müttəhimin 2014-cü il fevralın 23-də dövlət başçısı vəzifəsini icra etdiyi bildirilib.

 

Məlumatına görə, 2014-cü il fevralın 23-də Rusiyanın dəstəyi ilə Yanukoviç azı 20 nəfərin müşayiəti ilə Ukraynadan üç helikopterlə Anapa istiqamətində uçub.

 

2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişindən sonra Yanukoviç ölkəni tərk edib. Ukrayna prokurorluğu ona qarşı bir neçə cinayət işi açıb və bu işlərdə qiyabi həbslə bağlı çoxlu qərarlar verilib. 2019-cu il yanvarın 24-də Kiyevin Obolonski rayon məhkəməsi Yanukoviçi dövlətə xəyanətdə təqsirli bilib və onu 13 il müddətinə azadlıqdan məhrum edib.

 

Qeyd edək ki, barəsində həbs qərarı çıxarılan Yanukoviç hazırda Rusiyada yaşayır.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi