Modern.az

Sertifikasiyada xüsusi meyarlar nəzərə alınacaq

Sertifikasiyada xüsusi meyarlar nəzərə alınacaq

Təhsil

19 May 2022, 17:34

"Sertifikatlaşdırmanın diaqnostik qiymətləndirmədən fərqi odur ki, təkcə bilik yox, sonrakı mərhələdə xüsusi meyarlar da nəzərə alınacaq".

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlandırma tədbirində nazirliyin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

O qeyd edib ki, 2018-ci ildə qanunda bu nəzərdə tutulsa da, pandemiya ilə bağlı prosesə başlamaq mümkün olmadı:

 

"İndi isə mövcud durum imkan verdiyindən belə bir qərar verildi. İlk dəfə üçün sertifikasiya ibtidai sinif müəllimləri ilə başlayacaq. Sonrakı prosesdə bütün müəllimləri bura cəlb etməyi düşünürük. Bunun üçün təxmini 5 illik plan nəzərdə tutulub. 2017-ci il iyunun 14-nə kimi işə qəbul edilən müəllimlər sertifikasiyaya qatıla bilərlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal