Modern.az

Belarus Rusiyadan “İskəndər” və S-400 raketləri ALDI

Belarus Rusiyadan “İskəndər” və S-400 raketləri ALDI

Dünya

19 May 2022, 21:41

Belarus Rusiyadan “İskəndər” taktiki raket kompleksləri və S-400 zenit-raket kompleksləri alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.

 

O, alınan silahların sayını açıqlamayıb, lakin qeyd edib ki, “ziyan” vurmaq üçün lazım olan qədər silah var. Lukaşenko söhbətin hansı ölkəyə ziyan vurmaqdan getdiyini izah etməyib.

 

Xatırladaq ki, fevral ayında Lukaşenko Belarus ərazisində Rusiyanın "İskəndər" və S-400-lərini yerləşdirmək istədiyini bildirib. Daha sonra o, Rusiyanın raket istehsalı sahəsində ölkəyə kömək edəcəyini bəyan edib. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi