Böyük Britaniya Ukraynaya uzaqmənzilli artilleriya, gəmi əleyhinə raketlər və pilotsuz uçuş aparatları verəcək.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında bildirilir.
Qeyd olunub ki, silahlar bu yaxınlarda açıqlanan 1,3 milyard funt sterlinq məbləğində əlavə yardımın tərkib hissəsi olacaq.
Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı olub, tərəflər Ukraynaya hərbi dəstək və qlobal ərzaq təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Akif İsmayılov