Modern.az

Paşinyan erməniləri qonşularla sülhün vacibliyinə inanmağa ÇAĞIRDI

Paşinyan erməniləri qonşularla sülhün vacibliyinə inanmağa ÇAĞIRDI

20 May 2022, 13:08

Ermənistan hökuməti ölkə rəhbərliyinin elan etdiyi sülh gündəliyinin mahiyyətini vətəndaşlara aydın şəkildə izah etməlidir.

Modern.az xəbər verir ki, bunu cümə günü baş nazir Nikol Paşinyan Ermənistan Demokratiya Forumunda bildirib.


İrəvandakı tədbir beynəlxalq hüquq müdafiə təşkilatı Freedom House tərəfindən keçirilib.


Paşinyan qeyd edib ki, demokratiya Ermənistanın suverenliyini və müstəqilliyini qoruyan ən mühüm və əsas amildir. Baş nazir bildirib ki, Ermənistanda və regionda mövcud vəziyyətdə hökumətin vəzifəsi demokratiyanın ölkənin xarici və daxili təhlükəsizliyini təmin etməyə qadir olduğunu sübut etməkdir.
 

"Bizim üçün sülh gündəmini formalaşdırmaq və müzakirə etmək, onu vətəndaşlara izah etmək vacibdir. Çünki ölkədə ən mühüm qərarlar son nəticədə bu vətəndaşlar tərəfindən verilir. Buna  görə də onlar qərar qəbul etmək üçün kifayət qədər məlumatlı olmalıdırlar", - Paşinyan əlavə edib. 
 

Baş nazir əmindir ki, Ermənistanın siyasi rəhbərliyi və xalq bu missiyanın həyata keçirilməsinin zəruriliyi ilə həmrəydir.

Paşinyan bütün demokratik qüvvələrin bu vəzifə ətrafında birləşməsini vacib hesab edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI