Modern.az

Putinin Rusiyadakı reytinqi AÇIQLANDI

Putinin Rusiyadakı reytinqi AÇIQLANDI

Dünya

20 May 2022, 13:34

Rusiya prezidenti Vladimir Putinə ölkə vətəndaşlarının 80,7%-i etibar edir, 77,7%-i isə onun işini bəyənir.

Modern.az xəbər verir ki, bu göstəricilər Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin araşdırması nəticəsində müəyyənləşib.

Mayın 10-dan 15-dək prezidentin işini bəyənmə nisbəti 77,7 faiz, eyni dövr üçün prezidentə etimad reytinqi 80,7 faiz təşkil edib.

Prezidentin fəaliyyətini əhalinin 13,9%-i bəyənməyib, rusların 15,7%-i ona etimadsızlığını bildirib.

 

Sorğu mayın 10-dan 15-dək keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 1600 insan iştirak edib.

 

Sorğunun telefonla müsahibə formasında keçirildiyi bildirilib. İddialara görə, bu nümunə üçün 95% ehtimalı ilə səhvin maksimum ölçüsü 1% -dən çox deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi