Modern.az

QHT rəhbəri Ukrayna bayrağına görə həbs edildi

QHT rəhbəri Ukrayna bayrağına görə həbs edildi

Dünya

20 May 2022, 16:38

Belarus Həmkarlar İttifaqı təşkilatının rəhbəri Maksim Paznyakovun sosial şəbəkə hesabında Ukrayna bayrağını paylaşması onun üçün ciddi problem yaradıb.

 

Modern.az xəbər verir ki, Paznyakov "Facebook" səhifəsinin profilində Ukrayna bayrağını qoyub, bundan başqa “Müstəqillik naminə!” şüarını status bölümündə paylaşıb. O, məlum postundan sonra təqiblərə məruz qalıb. 

 

Mayın 17-də polis bölməsinə aparılan QHT rəhbəri təxribatçı çağırış ittihamı ilə 15 sutka həbs cəzasına məhkum edilib. Maksim Paznyakovun həbsi vətəndaş cəmiyyəti tərəfindən etirazla qarşılanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi