Modern.az

Ruslar 200 nəfərin sığındığı məktəbi atəşə tutdu - Ölənlər var

Ruslar 200 nəfərin sığındığı məktəbi atəşə tutdu - Ölənlər var

Dünya

20 May 2022, 17:32

Rusiya hərbçiləri Ukraynanın şərqindəki Luqansk vilayətinin Severodonetsk şəhərində 200-dən çox insanın gizləndiyi məktəbi atəşə tutub. Məktəbə sığınanların əksəriyyəti azyaşlılar olub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı regional dövlət administrasiyasının rəhbəri Serhiy Haydai "Telegram" hesabında paylaşıb.

 

Onun sözlərinə görə, hücum nəticəsində azı üç nəfər ölüb. Hazırda polis əməkdaşları sakinləri məktəb binasından təxliyə edərək, onları başqa sığınacağa köçürür.

 

Qeyd olunub ki, Rusiyanın indiyədək hücumları zamanı Luqanskda təxminən 3000-i hündürmərtəbəli bina olmaqla 11 minə yaxın ev qismən və ya tamamilə dağılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi