Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
DİM-dən Modern.az-a bildirilib ki, imtahanda 21 min 521 abituriyentin iştirakı nəzərdə tutulub.
Məlumatda qeyd olunub ki, imtahanda iştirak edən 74 abituriyent xarici ölkələrin vətəndaşıdır.