Ukrayna ordusunun ələ keçirdiyi qənimətlər toplanılır.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi ölkənin Müdafiə Nazirliyi ilə birgə Ukrayna əsgərlərinin qəhrəmanlığının əbədiləşdirilməsi layihəsini həyata keçirir.
Belə ki, Rusiya qoşunlarından qənimət kimi ələ keçirilən dağılmış və sıradan çıxarılmış hərbi texnikalar Ukraynanın şəhərlərində sərgilənəcək.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin yaydığı son məlumata əsasən, fevralın 24-dən bu günədək Rusiyaya məxsus 14 təyyarə, 8 helikopter, 102 tank, 535 zirehli döyüş maşını, 1 BUK (zenit raket kompleksi) məhv edilib.
Elmar Hüseynov