Mayın 21-də Şuşada Milli Məclisin birgə komitələrinin iclası keçirilib.
Modern.az-ın məlumatına görə, Gənclər və idman, həmçinin Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclasında iki məsələ müzakirə edilib.
Deputatlar Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi və Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları məsələlərini müzakirə ediblər.
****
13:40
Milli Məclisin Gənclər və idman, Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir.
Modern.az-ın xəbərinə görə, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən toplantının gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.
2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.