Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinqə başlayıb.
Modern.az xəbər verir ki, mitinq paytaxt İrəvanın “Fransa” meydanında keçirilib.
Müqavimət Hərəkatı adlandırılan təşkilatın rəhbərlik etdiyi mitinqdə iştirakçılar Paşinyan və hökumətini istefaya çağırıblar.
Daha sonra etirazçılar baş nazir Nikol Paşinyanın iqamətgahına doğru yürüş ediblər. Etiraz yürüşünü avtomobillər müşayiət edib.