Modern.az

“Akıncı” PUA-sı Bakıda - VİDEO

“Akıncı” PUA-sı Bakıda - VİDEO

21 May 2022, 21:55

Türkiyənin "Akıncı" pilotsuz uçuş aparatı Bakıya gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə PUA-ların istehsalçısı olan Baykar şirkəti məlumat yayıb.

 

"Akıncı"nın Tekirdağ vilayətinin Çorlu rayonundan səmaya qalxdığı və Gürcüstanı keçərək Bakıya endiyi bildirilib.

 

PUA-nın təxminən 2000 km məsafədə uçduğu qeyd olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi