Modern.az

ABŞ bu ölkəyə də “Javelin” satdı

ABŞ bu ölkəyə də “Javelin” satdı

Dünya

21 May 2022, 22:57

Albaniya ölkənin müdafiəsini gücləndirmək üçün ABŞ-dan "Javelin" tank əleyhinə raket sistemləri alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Albaniyanın müdafiə naziri Niko Peleşi məlumat yayıb.

 

Peleşi bildirib ki, Albaniya Amerikanın “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb. Neçə rakat alındığı və nə qədər pul ödənildiyi barədə məlumat verilməyib. Nazir qeyd edib ki, raketlərin alınması ordunun modernləşdirilməsi səylərinin bir hissəsidir.

 

Xatırladaq ki, "Javelin" raketləri Ukraynada rus tanklarının məhv edilməsində önəmli rol oynayır.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi