Modern.az

Afrika İttifaqının sədri Moskva və Kiyevə səfər edəcək

Afrika İttifaqının sədri Moskva və Kiyevə səfər edəcək

Dünya

22 May 2022, 19:40

Seneqal prezidenti Meki Sall Afrika İttifaqının sədri kimi yaxın günlərdə Moskva və Kiyevə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

 

O qeyd edib ki, rəhbərlik etdiyi İttifaq Ukraynada gərginliyin azaldılması və iki ölkə arasında dialoq yolu ilə sülhün əldə olunmasını dəstəkləyir.

 

"Biz bu müharibədə tərəfdar olmaq istəmirik, açıq şəkildə sülh istəyirik. İşğalı pisləsək də, gərginliyin azaldılması, atəşkəs, dialoq üçün çalışırıq, bu, Afrikanın mövqeyidir”, - deyə Seneqal lideri bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu