Modern.az

Hacıbala Abutalıbov Bakını qaldırıcı krandan seyr edir - FOTO

Hacıbala Abutalıbov Bakını qaldırıcı krandan seyr edir - FOTO

Reportaj

22 Fevral 2013, 15:50

Bakı şəhərinin meri Hacıbala Abutalıbov medianın daim diqqətdə saxladığı məmurlardan biridir.

2001-ci ilin yanvar ayından Bakı şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala müəllim artıq 12 ildir vəzifə kreslosunu dəyişmir.

Bu müddət ərzində media daim onunla bağlı ziddiyyətli xəbərlər, şayiələr yayıb, korrupsiyada ittiham edib, prezidentin qəzəbinə tuş gəldiyini yazıb. Həmin məlumatların bir çoxunda Bakı merinin tezliklə istefaya göndəriləcəyinə dair iddialar yer alsa da, hələki onların heç biri öz təsdiqini tapmayıb.
 
Hacıbala müəllim Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutduğu müddətdə gördüyü bir sıra işlərlə diqqət çəkib. Bakının mərkəzi küçələrində yöndəmsiz, nizam-intizamsız küçə ticarətinin ləğv olunması onun adı ilə bağlıdır. Hər il mayın 10-da Bakıda Gül bayramının keçirilməsi ənənəsini də o qoyub. Hacıbala Abutalıbov Bakının bəzi ərazilərindəki tikililərin sökülməsinə görə tez-tez ittiham olunur.
O, Bakıda tez-tez atəşfəşanlıq keçirilməsinin, fəvvarə qurulmasının da ənənəsini qoyub.
Daim maraqlı açıqlamaları ilə gündəmə gələn merin personası ətrafında söz-söhbətlər hələ yəqin ki çox davam edəcək.

Modern.az saytının təqdim etdiyi bu fotoşəkil Hacıbala müəllimin bir müddət əvvəl Fəvvarələr meydanında aparılan yenidənqurma işləri zamanı çəkilib. Tez-tez qeyri-adi davranışları ilə ictimaiyyəti təccübləndirən Bakı meri bu şəkildən də göründüyü kimi, Fəvvarələr Meydanında aparılan işlərə qaldırıcı krana çıxmaqla yuxarıdan tamaşa edib, göstərişlər verir.

Yeri gəlməşkiən, mərhum xalq şairi Qabil elə Hacııbala Abutalıbovun bu əməksevərliyindən riqqətə gələrək ona şeir həsr edib.
Bu, bir neçə il öncə həyatdan köçmüş mərhum şairin son şeiri olub. Hacıbala Abutalıbova ithaf edilən həmin şeirdə mer belə vəsf olunur.

Bugün Bakı şəhərinin
Pərvanəsi Hacıbala.
Abadlığın gözəlliyin
Divanəsi Hacıbala.
İşindədir, gücündədir,
Yorulmayır.
Acı dildən qanadları
Qırılmayır.
Bakı meri
Sadə, həlim Hacıbala.
Beş-onuna xoşa gəlməz,
Camaata xoşagəlim Hacıbala. 

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI