Modern.az

Şimali Koreya COVID-19-a qalib gəldi

Şimali Koreya COVID-19-a qalib gəldi

Dünya

23 May 2022, 09:03

Şimali Koreya dövləti COVID-19 virusunun yayılmasının qarşının alındığını açıqlayıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə hakim partiyanın mətbuat orqanı məlumat yayıb.

 

Bildirilib ki, sərt qapanma nəticəsində xəstəliyin qarşısı çox qısa müddətə alınıb.

 

“Pandemiyanın tüğyan etdiyi dövrdə uzun müddət COVID-19-un yoxluğuna görə dünya rekorduna imza atan ölkəmiz virusu ildırım sürəti ilə məhv edib. Bu da min dəfə sübut edir ki, partiyanın epidemiya ilə mübarizədə tutduğu yol doğrudur”, - qəzet yazıb.

 

Bununla belə, Şimali Koreyada son 24 saatda 167 mindən çox insan Pxenyanın “qızdırma” adlandırdığı xəstəliklə xəstələnib, 1 nəfər infeksiyanın nəticələrindən dünyasını dəyişib.

 

Məlumata əsasən, ölənlərin ümumi sayı 68 nəfərə yüksəlib, ölüm göstərici isə 0,002 faiz təşkil edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu