Modern.az

Avtobusda oğurluq - ANBAAN VİDEO

Avtobusda oğurluq - ANBAAN VİDEO

24 May 2022, 13:28

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev tutulub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub.

 

Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib.

 

Rəsmi məlumata görə, faktlarla bağlı araşdırmalar, saxlanılan şəxsin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

Qurban Mehtiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər