Modern.az

Beynimdə dəyişiklik var - Saakaşvili

Beynimdə dəyişiklik var - Saakaşvili

24 May 2022, 16:05

"Yeriməkdə çətinlik çəkirəm. Onurğamda cərrahi müdaxiləyə ehtiyac var".

 

Modern.az xəbər verir ki, bunu özəl klinikada müalicə olunan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhətilə bağlı yazdığı məktubda bildirib.

 

Saakaşvili barəsində yayılan şayiələrə görə açıqlama vermək qərarına gəldiyini qeyd edib:

 

“MRT müayinəsi onurğamda travmanın olduğunu təsdiqləyib, çox güman ki, bu, güc tətbiq edilməklə Qldani həbsxanasına aparılarkən aldığım zədədir. Onurğamda şiddətli ağrılar var, gündə bir neçə dəfə ağrıkəsici verilir. Ona görə də əməliyyat olunmalıyam. Həmçinin, beynimdə də dəyişikliklər var".

 

Qeyd edək ki, M.Saakaşvili Rustavi şəhərindəki 12 saylı həbsxanadan Tbilisidəki “Vivamedi” klinikasına köçürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu