Modern.az

Paşinyan Blinkenlə Brüssel görüşünü müzakirə etdi

Paşinyan Blinkenlə Brüssel görüşünü müzakirə etdi

24 May 2022, 17:38

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Paşinyan telefon söhbəti zamanı Brüsseldə keçirilən üçtərəfli görüş barədə Blinkeni məlumatlandırıb.  Paşinyan Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurasının rəhbəri ilə keçirilən görüşü müsbət qiymətləndirdiyini vurğulayıb.

 

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu