Ukrayna və ABŞ nümayəndələri arasında telefon danışığı zamanı Kiyevə hərbi yardım məsələsi müzakirə olunub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Ukrayna tərəfdən prezidentin aparat rəhbəri Andrey Yermak, Ali Baş Komandan Valeri Zalujnı, ABŞ tərəfdən isə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli iştirak ediblər.
Rəsmilər tərəfindən Ukraynadakı vəziyyət, ölkənin cənubunda və şərqində hərbi əməliyyatların gedişi müzakirə olunub.
Akif İsmayılov