Macarıstan hökuməti ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban qərar imzalayıb.
Qeyd olunub ki, qərarın verilməsinə səbəb Ukraynadakı mövcud vəziyyətdir.
Baş nazir bildirib ki, Ukrayna müharibəsi və Rusiyaya qarşı sanksiyalara görə dünya iqtisadi böhran astanasındadır.