Modern.az

“Taliban” Türkiyənin istədiyini bu ölkəyə VERDİ

“Taliban” Türkiyənin istədiyini bu ölkəyə VERDİ

24 May 2022, 22:42

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ölkənin hava limanlarının istismarı barədə müqavilə imzalayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Taliban" hökumətinin baş nazirinin müavini Molla Əbdül Qani Baradar özünün "Twitter" hesabında məlumat yayıb.

 

O Kabildə jurnalistlərə açıqlamasında bildirib ki, "Taliban" BƏƏ ilə hava limanının yerüstü xidmət müqaviləsini yeniləyir. Razılaşmanın hava limanının təhlükəsizliyini əhatə edib-etmədiyi məlum deyil.

 

Xatırladaq ki, Qətər və Türkiyə hava limanlarının idarə edilməsi üçün "Taliban"la danışıqlar aparırdı. Danışıqlar barədə məlumat verən mənbə "Reuters" agentliyinə bildirib ki, Qətərlə danışıqlarda əsas anlaşılmazlıq Dohanın Qətər təhlükəsizlik işçilərinin hava limanında olması şərti idi.

 

"Taliban" nəzarəti ələ keçirdikdən sonra Qətər və Türkiyə artıq hava limanının əməliyyatları və təhlükəsizliyinə kömək etmək üçün müvəqqəti texniki qruplar göndərmişdi.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi