Modern.az

Meymunçiçəyi bu dəfə müsəlman ölkəsində

Meymunçiçəyi bu dəfə müsəlman ölkəsində

24 May 2022, 23:51

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) meymunçiçəyinə yoluxma halı aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə BƏƏ-nin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Virusa yoluxan şəxs Afrikadan qayıtmış 29 yaşlı qadındır. O, xəstəxanaya yerləşdirilib. Epidemioloji vəziyyətin nəzarət altında olduğu bildirilib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, meymunçiçəyi infeksiyası bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlanıb, daha 106 yoluxma şübhəsi araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi