Modern.az

\"Avto FM\" DİN-in nəzarətinə keçib 

\

25 May 2022, 13:32

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) DİN-in tabeliyinə verildikdən sonra "Avto FM" radiosu nazirliyin nəzarətinə keçib.

 

Modern.az xatırladır ki, NİİM daha əvvəl Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub. Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib. Bununla "Avto FM" radiosu da DİN-in nəzarətinə keçib, hazırda radio NİİM-in tabeliyində fəaliyyətini davam etdirir.

 

Qeyd edək ki, "Avto FM" MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Cavid Neymətzadədir.

 

Xatırladaq ki, hazırda NİİM-in rəhbəri polis polkovnik-leytenantı Namidan Piriyevdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu