Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, fevralın 25-də Bakıda və Abşeron yarmasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı vardır. Temperatur gecə 3-5°, gündüz 7-10° isti olacaqdır. Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir sulu qar, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 1-6°, gündüz isə 7-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı- Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək, gündüz 4-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 1-6° isti, gündüz 8-13° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 3-7°, gündüz 8-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Modern.az