Modern.az

Putinin qızı atası kimi ölümsüz olmaq istəyir

Putinin qızı atası kimi ölümsüz olmaq istəyir

25 May 2022, 17:08

Rusiya Prezidentinin 35 yaşlı qızı Katerina Tixonova Almaniyanın Münhen şəhərində müalicə olunub.

 

Modern.az "Daily Mail"ə istinadən xəbər verir ki, Tixonova burada üz gərdirmə əməliyyatı keçirib.

 

Belə ki, Tixonovanın qanı emal edilib daha sonra həmin qan onun üzünə iynə vasitəsilə daxil edilib. Bu prosesin qiyməti hər seans üçün 4310 sterlinq (9,148.90 manat) təşkil edib.

 

Bundan başqa Tixonovanın botoks etdirdiyi, alın və dodaqlarındakı cizgilərini düzəltdirdiyi deyilir.

 

Sosial şəbəkələrdə onun bu hərəkəti geniş qınağa səbəb olub.  Xəbərə şərh yazan bəzi istifadəçilər “O da atası kimi ölümsüz olmaq istəyir”, - deyiblər.

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi