Fevralın 24-də Ermnistan müxalifəti paytaxt İrəvanda prezident seçkisinin nəticələrinə etiraz olaraq mitinq təşkil edib.
Minlərlə erməninin qatıldığı mitinqdə seçkidə ikinci yeri tutmuş müxalifət lideri və keçmiş xarici işlər naziri Raffi Ovannisianın tərəfdarları nəticələrin ləğvini tələb ediblər.
Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, aksiyada qaldırılan plakatlarda prezident Serj Sərkisyana “Serjik, davay dosvidaniya!” şüarı da yazılıb.
Mitinqdə çıxış edən Raffi Ovannisyan artıq Ermənistanda inqilabın başladığını, meydana yalnız öz partiyasının deyil, digər siyasi qüvvələrin də gəldiyini bildirib. O, mitinqlərə “Daşnaksütyun", “Çiçəklənən Ermənistan” və “Erməni Milli Konqresi”nin üzvlərinin də qatıldığını vurğulayıb.
R.Ovannisyan növbəti mitinqi fevralın 18-də İrəvandakı Azadlıq meydanında keçirəcəklərini bəyan edib.
Qeyd edək ki, bazar ertəsi Ermənistan Mərkəzi Seçki Komissiyası 18 fevral tarixli prezident seçkilərinin yekun rəsmi nəticələrini bəyan etməlidir.
Modern.az