Modern.az

Parlamentin daha iki komitəsi Şuşada iclas keçirəcək

Parlamentin daha iki komitəsi Şuşada iclas keçirəcək

26 May 2022, 09:04

Milli Məclisin komitələri növbəti dəfə Şuşada birgə iclas keçirəcəklər. 

 

Modern.az-ın əldə etdiyi məlumata görə, parlamentin rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Aqrar siyasət komitəsinin Şuşa şəhərində birgə iclası olacaq. 

 

Şuşa toplantısının yaz sessiyasının yekunlaşmasından sonraya təsadüf edəcəyi gözlənilir. 
 

İclasın vaxtı və gündəliyi haqqında yaxın zamanda ictimaiyyətə məlumat veriləcək. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?