Almaniya hökuməti koronavirusa yoluxma hallarının azalması ilə əlaqədar iyunun 1-dən ölkəyə giriş şərtlərini yüngülləşdirməyi planlaşdırır.
Modern.az xəbər verir, bu barədə ölkənin Səhiyyə naziri Karl Lauterbax məlumat verib.
İyunun 1-dən ölkəyə daxil olarkən peyvənd sertifikatı verməyə, şəxslərin virusa yoluxduğunu, xəstəlikdən sağaldığını və ya müayinədən keçdiyinizi sübut etməyə ehtiyac olmayacaq.
Nazir infeksiyanın yayılmasının qarşısını almaq üçün ayıq-sayıq qalacaqlarını bildirib.
Xatırladaq ki, Almaniyada indiyədək 26 milyon 159 min 106 nəfər koronavirusa yoluxub, 138 min 643 nəfər ölüb.
Akif İsmayılov