Avropa İttifaqı Moldovaya 150 milyon avro maliyyə yardımı edəcək.
Modern.az "Moldpres"ə istinadən xəbər verir ki, Avropa Parlamentinin Xarici Əlaqələr və İnteqrasiya Komitəsi məsələ ilə bağlı memorandumun imzalanmasını təsdiqləyib.
Moldova və Avropa İttifaqı arasında anlaşma memorandumu 150 milyon avro məbləğində maliyyə yardımının göstərilməsini nəzərdə tutur. Həmin məbləğin bir hissəsi qrant, digər hissəsi isə kredit şəklində veriləcək. Pul Moldova iqtisadiyyatının bərpasına töhfə verəcək, büdcə ehtiyaclarının ödənilməsinə sərf olunacaq.
Maliyyə yardımı Anlaşma Memorandumunun qüvvəyə mindiyi ilk gündən iki il yarım müddətinə veriləcək.
Akif İsmayılov