İranın Xuzistan əyalətinin Abadan şəhərində ötən bazar ertəsi tikilməkdə olan 10 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı artır.
Modern.az xəbər verir ki, bu barədə Abadan şəhərinin rəhbəri İhsan Abbasipur bildirib.
"Dağıntılar altında qalanların dəqiq sayı məlum deyil, lakin indiyədək 18 nəfərin cəsədi tapılıb. Dağıntılar altından 37 nəfər sağ çıxarılaraq, müalicə üçün xəstəxanalara aparılıb. Onların əksəriyyəti evə buraxılıb. Axtarışlar son adamlar tapılana qədər davam edəcək”, - deyə şəhər rəhbəri qeyd edib.