Modern.az

Bu ərazilərə köçənlərə pul veriləcək

Bu ərazilərə köçənlərə pul veriləcək

26 May 2022, 15:04

Şotlandiya hökuməti adalarının əhalisini artırmaq və əhalinin planlaşdırılması məqsədilə yeni tədbirlər həyata keçirməyə başlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət tərəfindən adalara köçəcək ailələrə ev tikmək və almaq üçün icazə veriləcəyi açıqlanıb. Hökumət İona, Vetersay, Böyük Bernara, Rum, Unst, Eday, Great Cumbrae və Jura adalarında iş yerlərinin açılmasına da icazə verəcək və bura köçənlərə  50 min funt sterlinq pul paylanacaq. Hökumət tərəfindən müraciətlərin artıq başladığı, ailələrin adalara köçməsi üçün Şotlandiya vətəndaşlığı tələbinin olmadığı və plana Ekvadordan bir ailənin də daxil edildiyi elan edilib.

 

Qeyd edək ki, bununla belə, hökumətin planı bəzi tənqidçilər tərəfindən “fırıldaq” kimi damğalanıb. Bu qərarın sürətlə artan ada evlərinin qiymətlərini daha da artıracağını bildiriblər. Narahatlıqların gərəksiz olduğunu bildirən hökumət, tək şərtlərinin adayı tərk etməmək olduğunu vurğulayıb. Əlavə olaraq qeyd edilib ki, ilk pul paylama  yay aylarına doğru başlayacaq.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi