Türkiyə ordusunun hərbi təyyarələri İraqın şimalında terrorçulara zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələr nəticəsində 14 terrorçu zərərsizləşdirilib. Əməliyyat "Pençe-Kilit" zonasında həyata keçirilib. Nazirlik Türkiyənin bölgədəki təhdidləri aradan qaldırmağa davam edəcəyini bildirib.