İsrail "Spayk" tank əleyhinə idarə olunan raketin Ukraynaya göndərilməsinə razılıq verməyib.
Modern.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Nəşr yazır ki, Almaniyanın Berlin şəhərində İsrailin lisenziyası ilə istehsal olunan "Spayk" raketləri Ukraynaya göndərilməli idi. Belə ki, ABŞ İsraildən raketlərin göndərilməsinə icazə verilməsini istəyib, lakin İsrail bu tələbə mənfi cavab verib.
Qeyd edək ki, İsrail son zamanlar Bayden administrasiyasının təzyiqi nəticəsində Moskvaya qarşı siyasətində bəzi dəyişikliklər edərək, daha çox Ukraynayönümlü mövqe nümayiş etdirir. Bununla belə, İsrail hələ də Ukraynaya raket tədarükünə icazə vermir.
Akif İsmayılov