Modern.az

ABŞ İran neftini müsadirə edib

ABŞ İran neftini müsadirə edib

26 May 2022, 23:18

ABŞ Yunanıstan yaxınlığında Rusiya tərəfindən idarə olunan gəmidə saxlanılan İrana məxsus nefti müsadirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, müsadirə olunan neft yük gəmisi ilə ABŞ-a göndəriləcək.

 

Qeyd edək ki, Rusiya və İran ABŞ-ın sanksiyalarına məruz qalıb. Neftin hansı ölkəyə görə müsadirə olunduğu məlum deyil.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi