Modern.az

XİN başçıları arasında taxıl müzakirəsi

XİN başçıları arasında taxıl müzakirəsi

27 May 2022, 00:59

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və almaniyalı həmkarı Annalena Berbok arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, telefon danışığı zamanı Ukraynanın Rusiya tərəfindən bloklanan taxıl məsələsi müzakirə olunub.

 

"Söhbətin əsas mövzusu Rusiya tərəfindən bloklanan Ukrayna taxılının ixracı üçün mümkün həll yolları, o cümlədən ərzaq böhranının qarşısının alınması məsələsi olub", - deyə məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi