Modern.az

“TEKNOFEST Azərbaycan” festivalında ikinci gün

“TEKNOFEST Azərbaycan” festivalında ikinci gün

27 May 2022, 10:48

Bakıda “TEKNOFEST Azərbaycan” festivalının ikinci gününə start verilib.


Modern.az xəbər verir ki, gün ərzində maraqlı əyləncə şouları, konsert proqramı baş tutacaq.

 

Festivalın keçirilməsində əsas məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

 

Qeyd edək ki, “TEKNOFEST” texnologiya festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Türkiyədən kənarda ilk festival bu il Azərbaycanda təşkil olunur. Ötən gün festivalın açılış mərasimi baş tutub.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu