Modern.az

Jurnalistlərə tikilən evin mənzilləri üçün meyarlar niyə açıqlanmadı?

Jurnalistlərə tikilən evin mənzilləri üçün meyarlar niyə açıqlanmadı?

Media

25 Fevral 2013, 13:48

Jurnalistlər üçün Bibiheybətdə dövlət hesabına tikilən evdən mənzil almaq üçün meyarların bu ilin fevral ayında elan olunacağı bildirilirdi. Amma hələlik bu haqda heç bir məlumat verilmir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid Modern.az saytına açıqlamasında  meyarların açıqlanması ilə bağlı hələlik yenilik olmadığını bildirib.

“Hələ heç nə müzakirə etməmişik. Çünki evin tikintisi sentyabra çəkəcək. Ona görə hələ yenilik yoxdur”.

O qeyd edib ki, jurnalistlərə mənzillərin hansı  meyarlarla veriləcəyi may ayında müzakirə edilə bilər.

Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.

Bakının Bibiheybət qəsəbəsində kitab formasında tikilən bina iki bloklu 16 mərtəbədən ibarət olacaq. Binada təxminən 150 evsiz jurnalist iki və üçotaqlı təmirli mənzillə təmin olunacaq.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi