Ukrayna ordusu Rusiyaya məxsus daha bir Su-35 qırıcısını vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri "Facebook" səhifəsində məlumat yayıb.
Qırıcının Xerson vilayəti üzərində məhv edildiyi bildirilib. Məlumata görə, döyüş təyyarəsi Ukraynaya məxsus MiQ-29 qırıcısı tərəfindən məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən mayın 27-dək Rusiyaya məxsus 206 təyyarə vurulub.
Akif İsmayılov