Modern.az

İran Yunanıstan tankerlərini ələ keçirdi

İran Yunanıstan tankerlərini ələ keçirdi

27 May 2022, 21:00

İran İslam İnqilabı Keşikçiləri Korpusu Yunanıstana məxsus iki tankeri saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Tankerlərin Fars körfəzi sularında saxlanıldığı bildirilir.

 

Yunanıstan Xarici İşlər Nazirliyi İranın iki gəmini ələ keçirməsini kəskin şəkildə pisləyib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstan İrana məxsus gəmiləri saxlamışdı.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi