Ukraynanın Xerson vilayəti Moskva vaxtına keçib.
Modern.az RİA novosti-yə istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi-mülki administrasiya rəhbərinin müavini Krill Stremousov bildirib.
"Biz Moskva vaxtına keçdik və indi Moskva vaxtı ilə yaşayırıq. Moskva Xerson vilayətində zamanın mərkəzidir", - Stremousov deyob.
Onun sözlərinə görə, bu ildən etibarən region Ukraynada adət olduğu kimi qış vaxtına keçməyəcək.