Modern.az

Poroşenkonun ölkədən çıxmasına icazə verilmədi

Poroşenkonun ölkədən çıxmasına icazə verilmədi

Dünya

28 May 2022, 18:32

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun ölkədən çıxmasına icazə verilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” nəşri ölkənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Poroşenko ölkədən çıxmağa iki dəfə cəhd etsə də, Ukrayna-Polşa sərhədindəki hərbçilər ona icazə verməyiblər.

 

Sabiq prezident NATO Parlament Assambleyasında iştirak etmək üçün xaricə getməyi planlaşdırırdı.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi