Ukrayna hərbçiləri Rusiya ordusunun daha bir komandirini, polkovnik-leytenant Aleksandr Dosyaqayevi zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştrilits şəxsi Telegram kanalında paylaşıb.
O, 104-cü hava desant-hücum alayının desant-hücum batalyonuna rəhbərlik edib. Dosyaqayevin harada və hansı şəraitdə aradan götürüldüyü açıqlanmayıb.
Akif İsmayılov