Modern.az

Türkiyə Qara dəniz qazından bu tarixdə istifadə edəcək

Türkiyə Qara dəniz qazından bu tarixdə istifadə edəcək

Dünya

28 May 2022, 21:55

Qara dəniz yataqlarından təbii qazın hasilatı və Türkiyəyə çatdırılması üzrə işlər qrafikə uyğun aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Denməz məlumat verib.

 

Nazir qeyd edib ki, qaz 2023-cü ildən istehlakçıların istifadəsinə veriləcək.

 

“Hər şey müəyyən etdiyimiz qrafikə uyğun gedir. Vətəndaşlarımız 2023-cü ildə Qara dəniz qazını alacaqlar. İnsalar bundan öz mətbəxlərində istifadə edə biləcəklər”, - deyə F.Denmez bildirib.

 

Xatırladaq ki, 2020-ci ildə Türkiyədə Sakarya yatağı kəşf edilib və onun həcmi 540 milyard kubmetr olaraq qiymətləndirilir. 2022-ci ilin aprelində Ankara yataqların işlənməsinə təxminən 10 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi