Modern.az

Toya gələn qohumlar qəzaya düşdülər - 7 yaralı

Toya gələn qohumlar qəzaya düşdülər - 7 yaralı

Hadisə

28 May 2022, 21:58

Bakı-Ələt yolunun 54-cü kilometrliyində baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. 

 

Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. 

 

Bildirilib ki, yaralılardan 6-sı qadın, 1-i kişi olub. Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib. 

 

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir