Modern.az

Güclü yağış 28 nəfərin həyatına son qoydu

Güclü yağış 28 nəfərin həyatına son qoydu

Dünya

28 May 2022, 22:15

Braziliyanın şərqində yerləşən Pernambuko əyalətində şiddətli yağışlar selin yaranmasına və torpaq sürüşməsinə səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə Braziliyada yayımlanan G1 telekanalı məlumat yayıb.

 

Təbii fəlakətlər nəticəsində bir gündə 28 nəfər həyatını itirib. Bununla da Pernambukoda leysan yağışın başladığı həftənin əvvəlindən bəri həyatını itirənlərin sayı 33-ə çatıb.

 

Yağışlar səbəbindən 500-dən çox insanın təxliyə edildiyi bildirilib.

 

Akif İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi